:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Putin Federal Vergi Xidmətinin rəhbərinin namizədliyini baş nazir vəzifəsinə təklif edib

Font

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini təqdim edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və onu baş nazir vəzifəsinə dəvət edib. Razılığını alan Putin, Mişustinin baş nazir kimi namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib”, - deyə mətbuat xidməti bildirib.

Mişustin Rusiya Federasiyasının Federal Vergi Xidmətinə 2010-cu ilin aprel ayından rəhbərlik edir.