:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kamran Əliyev: “Yerlii icra hakimiyyətləri ilə bağlı 7 cinayət işi başlanıb”

Font

"Yerli icra hakimiyyət orqanlarında olan qeyri-neqativ hallarla bağlı Baş İdarəyə müraciətlər daxil olub, araşdırma aparılıb”.

Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: "Həmin cinayət işləri üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.

K. Əliyev həmçinin qeyd edib ki, ötən il bank kartları ilə bağlı İdarəyə 1 cinayət işi daxil olub: "İş üzrə araşdırılmalar aparılaraq istintaq başa çatdırılaraq məhkəməyə göndərilib. Ziyanın ödənilməsi tam təmin edilib və vəzifəli şəxslər məsuliyyətə cəlb edilib. Bank işləri üzrə ümumilikdə 57 şəxs barəsində 22 cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Bu əsasən fəaliyyətini dayandırmış banklarla bağlı olub”.