:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Blumberq: “Trampdan yaxa qurtarmaq üçün bütün pullarımı xərcləyirəm”

Font

Nyu-Yorkun sabiq meri, milyarder və ABŞ-da 2020-ci il seçki kampaniyasının iştirakçısı Maykl Blumberq ABŞ Prezidenti Donald Trampdan yaxa qurtarmaq üçün bütün pullarını xərclədiyini söyləyib.

Rusiya KİV-i xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Amerikalı sahibkarın sözlərinə görə, onun əsas məqsədi Trampdan yaxa qurtarmaqdır.

"Daha çox, yoxsa az xərcləməyimi istəyirsiniz? Bu yolda bütün pullarımı xərcləyirəm”, - Blumberq deyib.

O, 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından iştirak etməyə daha əvvəl başlayıb.