:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın dövlət bankları kreditləşməni artırıb

Font

Azərbaycanda dövlət banklarının ölkə iqtisadiyyatına kredit qoyuluşu illik 36% artaraq 2019-cu il dekabrın 1-nə 2 514 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə maliyyə-kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşunda dövlət banklarının xüsusi çəkisi də 14,7%-dən 16,6%-ə yüksəlib.

2019-cu il dekabrın 1-nə əsasən, iqtisadiyyata cəmi kredit qoyuluşunun 80,9%-i və ya 12 231,5 mln. manatı özəl banklar, 2,5%-i və ya 370,9 mln. manatı isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib.

Qeyd edək ki, hazırda Azərbaycanda iki dövlət bankı fəaliyyət göstərir.