:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Kristal Abşeron” cərimələnib

Font

Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib.

"Araşdırma zamanı ağacın "Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib”, - deyə İ.İbrahimova bildirib.