:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ARDNF ötən il valyuta satışını artırıb

Font

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 6 593,86 mln. ABŞ dolları məbləğində valyuta satılıb.

Bu göstərici 2018-ci il ilə müqayisədə 133,46 mln. dollar və ya 2,1% çoxdur.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin dekabr ayı ərzində 886,35 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Ötən ilin noyabr ayı ilə müqayisədə ötən ay Fond tərəfindən satılan valyutanın həcmi 64% çoxdur.