:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 557 namizəd qeydə alınıb

Font

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2330 namizəd müraciət edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2203 nəfərinin namizədliyi artıq təsdiq olunub:

"Onlardan 2075 nəfəri isə imza vərəqələrini artıq götürüb. 874 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 557 nəfər qeydə alınıb".