:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev Əhməd Əhmədzadəni “Əmək” ordeni ilə təltif edib

Font

Prezident İlham Əliyev Əhməd Əhmədzadənin "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1 ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Ə.Əhmədzadə 1945-ci ilin yanvarın 7-də Qax rayonunun Qaxqumlağ kəndində anadan olub. Sabah onun 75 illik yubileyidir.

Vahid Novruzovu "Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Vahid Novruzovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci ilin yanvarın 7-də Qərbi Azərbaycanın Loru mahalının Allahverdi qəsəbəsində doğulub. Sabah onun 70 illik yubileyidir.