:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda evdən quldurluq yolu ilə 21 min dollar və qızıl aparılıb

Font

Bakıda evdən 21 min dollar və qızıl oğurlayan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb, onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.