:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Qızıl Qlobus"un qalibləri müəyyənləşib

Font

77-ci "Qızıl Qlobus" mükafatlandırma mərasimi baş tutub.

CNN verdiyi xəbərə görə, mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə qaliblərin adı məlum olub.

Britaniyalı rejissor Sam Mendesin rejissoru olduğu Birinci Dünya Müharibəsindən bəhs edən "1917" filmi "Ən yaxşı dram" nominasiyası üzrə qalib olub. Sam Mendes bu filmə görə "Ən yaxşı rejissor" nominasiyası üzrə mükafatlandırılıb.

Kventin Tarantinonun "Bir zamanlar Hollivudda" ("Once Upon A Time In Hollywood") filmi "Ən yaxşı myuzikal/komediya" janrında qalib seçilib. K.Tarantino özü isə "Ən yaxşı ssenarist" nominasiyasında qalib olub. Sözügedən filmdə rol alan Bred Pitt "İkinci planda ən yaxşı aktyor" nominasiyası üzrə "Qızıl Qlobus" alıb.

Builki "Qızıl Qlobus"un "İkinci planda ən yaxşı aktrisa" nominasiyasının qalibi Lora Dern olub. Aktrisa "Nikah hekayəsi" ("Marriage Story") filmində yaratdığı obraza görə bu mükafata layiq görülüb.

"Komediya janrında çəkilmiş ən yaxşı aktyor" nominasiyasının qalibi "Roketadam" ("Rocketman") filmində oynayan Teron Egerton olub.

"Komediya janrında çəkilmiş ən yaxşı aktrisa" nominasiyası üzrə isə "Vida" ("The Farewell") filmində rol alan Akvafina seçilib.

Hoakin Feniks isə "Dram janrında çəkilmiş ən yaxşı aktyor" nominasiyası üzrə qalib seçilib. O, "Coker" ("Joker") filmində yaratdığı obrazla qalib olub.

Eyni janrda çəkilən "Cudi" ("Judy") filmində yaratdığı obrazla Rene Zellveqer "Ən yaxşı aktrisa" nominasiyasında qalib gəlib.

"İtirilmiş bağlantı” ("Missing Link") "Ən yaxşı animasiya" nominasiyasında 77-ci "Qızıl Qlobus"un qalibi seçilib.

Cənubi koreyalı rejossor Ponq Yun Honun "Parazitlər" ("Parasite") filmi "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə mükafata layiq görülüb.

"Ən yaxşı mahnı" - I'm Gonna Love Me Again ("Rocketman”)

"Ən yaxşı film musiqisi" – Hildur Qudnadottir ( "Joker”)

"Ən yaxşı drammatik serial" – "Succession”

"Dramatik serialda ən yaxşı aktrisa" – Oliviya Kolman ("The Crown”)

"Dramatik serialda ən yaxşı aktyor" – Brayan Koks ("Succession”)

"Komediya janrında çəkilmiş ən yaxşı teleserial" – "Fleabag”

"Ən yaxşı mini-serial" – "Chernobyl”

"Komediya janrında ən yaxşı teleserial aktyoru" – Rami Yussef ("Rammy”)

"Komediya janrında ən yaxşı teleserial aktrisası" – Fibi Uoller-Bric ("Fleabag”)

"Ən yaxşı mini-serial aktyoru" – Rassel Krou ("The Loudest Voice”)

"Ən yaxşı mini-serial aktrisası" – Mişel Uilyams ("Fossi/Verdon”)

"İkinci planda ən yaxşı mini-serial aktyoru" – Stellan Skarsqard ( "Chernobyl”)

"İkinci planda ən yaxşı mini-serial aktrisası" – Patrisiya Arkett ("The Act”)

"Fəxri "Qızıl Qlobus”” – Tom Henks.