:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"WhatsApp"dan Yeni funksiya gəlir

Font

"iOS" və "Android" üçün hazırlanmış "WhatsApp" messencerinin son beta versiyası yoxa çıxan mesajlar funksiyasına malikdir.

Bu barədə "WABetaInfo" saytı məlumat yayıb.

Məlumata görə, yeni funksiya yalnız qrup söhbətlərində mövcud olacaq.
İstifadəçilər müəyyən olunmuş vaxtla mesaj yaza biləcək. Yəni mesajlar bir saat, gün, həftə, ay və ya il ərzində istifadəçinin istəyindən asılı olaraq silinəcək və bununla da telefonun yaddaşı köhnə mesajlardan azad olacaq.

Avtomoatik silinmə funksiyasını qrup danışıqlarda aktivləşdirmək mümkündür. Bu funksiyanı yalnız administratorlar istifadə edə biləcək, qrupların adi üzvləri üçün bu, əlçatmaz olacaq.