:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Vilayət Eyvazov Ramil Usubovun oğlunu rəis təyin edib

Font

Daxili işlər orqanlarında yeni təyinat olub.

Nazir Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Mühafizə Şöbəsinə idarə səlahiyyəti verilib.

Nazirin digər əmri ilə həmin idarənin rəisi vəzifəsinə polis polkovniki Raul Usubov təyin edilib.

Sabiq Daxili işlər naziri Ramil Usubovun oğlu Raul Usubov bu təyinata qədər DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri bakupost.az saytı yayıb.