:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şirvanda baş verən yol qəzasında 4 nəfər ölüb

Font

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şirvanın girişində qeydə alınıb. "Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gəliblərmiş.

Şirvanda baş verən yol qəzasında ölənlərin adları məlum olub.

Bunlar Salyan rayon Marışlı kənd sakini, 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakinləri - 1957-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızı, 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızı və 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər (sürücü) oğludur.