:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya və Türkiyə Liviya ilə bağlı birgə fəaliyyət göstərəcək

Font

Moskvada Rusiya və Türkiyə arasında Liviya ilə bağlı məsləhətləşmələr keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN-də keçirilən ekspert məsləhətləşmələrində Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya XİN başçısının müavini Mixail Boqdanov və Türkiyə XİN başçısının müavini Sedat Önal iştirak ediblər.

Məsləhətləşmələrin yekununda Liviya problematikası və bu ölkədə böhranın tezliklə nizamlanmasına mümkün köməyin göstərilməsi ilə bağlı təmasların davam etdirilməsi haqqında razılıq əldə olunub.