:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ-ın Müdafiə Nazirliyi Türkiyə şirkətləri ilə İncirliyə dair müqavilə imzalayıb

Font

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə şirkətləri ilə İncirlik aviabazasında tikinti işlərinin aparılması üçün müqavilə imzalayıb.

TAS xəbər verir ki, məlumatı Pentaqon yayıb.

Müqavilə Türkiyənin 8 şirkəti ilə imzalanıb və ümumi dəyəri 95 milyon dollardır. Nəzərdə tutuan layihələr 2024-cü il dekabrın 31-də başa çatdırılacaq.

Qeyd edək ki, ABŞ Senatı "erməni soyqırımı”nın tanınması ilə bağlı saxta qətnaməni qəbul etdikdən sonra Ankara rəsmiləri ABŞ-ın Türkiyənin Adana şəhərində yerləşən İncirlik hərbi bazasını çıxara biləcəklərini bəyan ediblər.