:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

XİN başçısı: “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın növbəti iclasının tarixi dəqiqləşdirilir”

Font

"Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının tarixi dəqiqləşdirilir”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, komissiya fəaliyyətini davam etdirir: "Keçikçi dağ məsələsi ilə bağlı status-kvonun bərpası önəmlidir. Ümid edirik ki, azərbaycanlı tərəfdaşlarla danışıqlar strateji tərəfdaşlıq münasibətlərinə uyğun ruhda davam etdiriləcək”.

Qeyd edək ki, iclasın gələn ilin əvvəlində Tbilisidə keçirilməsi nəzərdə tutulub.