:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Britaniya parlamenti “Brexit" haqqında qanun layihəsini qəbul edib

Font

Böyük Britaniya parlamenti Baş Nazir Boris Consonun "Brexit" haqqında qanun layihəsini qəbul edib.

Parlamentdə qanun layihəsinin lehinə 358, əleyhinə isə 234 səs verilib.

Qanun layihəsi 124 səs çoxluğu ilə II oxunuşda qəbul olunub.

Qeyd edək ki, qanun layihəsinə görə, Böyük Britaniya 31 yanvar 2020-ci ildə Avropa İttifaqını tərk etməlidir.