:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yeni binaların ərazisinin 25 faizində yaşıllıq salınmalıdır - Mirsalam Qəmbərov

Font

Yeni tikilən binaların ərazisinin 25 faizində mütləq yaşıllıq salınması tələbi qoyulur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün köhnə binaların sökülərək yerində müasir və daha rahat binaların tikilməsi üçün icra edilən pilot layihələr təqdirediləndir. Lakin bu layihələrin icrası zamanı da bütün ekoloji tələblər nəzərə alınmalıdır:

"Bu tip layihələrə tikinti ərazisinə düşən ağacların əvəzində daha çox sayda ağacın əkilməsi tələbi ilə müsbət rəy veririk. Yəni layihəsi təqdim olunan ərazinin mütləq olaraq 25 faizində yaşıllıq salınması tələbi qoyulur. Məsələn, 200 kvadrat metrlik ərazidə tikinti aparılacaqsa, biz ictimai dinləmədən sonra həmin tikintiyə, ərazinin 25 faizində mütləq ağac əkilməsi şərtilə müsbət rəy veririk. Əgər ərazidə ağac əkməyə yer olmursa, yəni tikinti kiçik bir ərazini əhatə edirsə, onda yenə də ictimai dinləmədən, məsləhətləşmədən sonra müvafiq boş sahələrdə yaşıllığın salınması tələbi ilə tikintiyə rəy verilir".