:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderlərinin rəsmi görüşü gözlənilmir

Font

Bu gün Sankt-Peterburqda işə başlayacaq Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB ölkələrinin qeyri-rəsmi zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilmir.

"Report" xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Ermənistan xidmətinə ölkənin baş nazirinin mətbuat katibi Vladimir Karapetyan məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın iştirak edəcəyi rəsmi nahar baş tutacaq.