:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hande Harmancı: "Azərbaycanda əhali arasında artıq çəki və piylənmə artır"

Font

"Azərbaycanda yoluxucu olmayan qeyri-infeksion xəstəliklərə çox sıx təsadüf edilir".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyası" mövzusunda keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, qeyr-infeksion xəstəliklərindən ölüm halları çoxdur: "Qeyri-infeksion xəstəliklər insult, infarkt, ürək qan-damar xəstəliklərinə səbəb olur". H.Harmancı Azərbaycanda bu sahədə məlumatların araşdırılmasının müsbət addım olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda əhalinin yetərincə meyvə-tərəvəz yemədiyi bəlli olub: "Qidalanma çox əhəmiyyətlidir. Əhali arasında, xüsusilə uşaqlarda artıq çəki və piylənmə artır. ÜST bu sahədə Səhiyyə Nazirliyinə köməklik göstərməyə hazırdır".