:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı-Qazax yolunda mikroavtobus aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Font

Səhiyyə Nazirliyi Ələtdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, Ələt yolunda baş verən qəza barədə məlumat Təcili Tibbi Yardıma saat 10:15-də daxil olub. Hadisə nəticəsində bir nəfər yerində, 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bundan başqa, 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır. Həmin şəxs reanimasiyaya yerləşdirilib.

Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.