:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BNA: Bu il 371 yeni avtobus alınıb, 10 marşrut xətti optimallaşdırılıb

Font

2019-cu ildə Bakı Nəqliyyat Agentliyi tərəfindən 371 yeni avtobus alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, il ərzində 200 avtobus əsaslı təmir olunub, 8 avtobus parkı istifadəyə verilib, 124 yeni dayanacaq pavilyonu quraşdırılıb.

Ümumilikdə il ərzində 10 marşrut xətti optimallaşdırılıb, 500 avtobusda nağdsız ödənişlər tətbiq olunub.