:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Parlament seçkilərində rəsmən iştirak edən partiyaların sayı 11-ə çatıb

Font

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində rəsmən iştirak edən siyasi partiyaların sayı 11-ə çatıb.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha iki partiyanın – Vahid Azərbaycan Partiyasının və "Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 9 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Milli Məclis seçkilərinə qatılan 233 nəfərinin namizədliyi təsdiqlənib

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 namizəd müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 233 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 155 nəfəri isə imza vərəqələrin artıq götürüb.