:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Umayra Tağıyeva: "Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir"

Font

"Hazırda Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə yüksəkdir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi, Bakıda və Abşeron yarımadasında 12-16°, Mərkəzi Aran rayonlarında 13-18°, dağlıq rayonlarda 8-13° isti olacağı gözlənilir: "Yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyinin sürəti ayrı-ayrı yerlərdə arabir 15-18 m/s olacaq”.