:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Lukaşeviç: “Dağlıq Qarabağ münaqişəsinin həllinə Bakı və İrəvan nail olmalıdır”

Font

"Dağlıq Qarabağ münaqişəsinin həllinə əsas maneənin nə olduğunu münaqişə tərəflərindən soruşmaq lazımdır. Biz vasitəçiyik, münaqişənin həlli yollarının tapılması üçün tərəflərə yardım edirik”.

Bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya Seqodnya” informasiya agentliyində keçirilən videokörpüdə deyib.

"Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına əsas maneə nədir və 2019-cu ili Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının effektivliyi baxımından necə qiymətləndirmək olar?" sualına cavab verən rusiyalı diplomat bildirib ki, münaqişənin mərhələli həllinə əsas maneənin nə olduğunu münaqişə tərəflərindən - Bakı və İrəvandan soruşmaq lazımdır.

"Biz həmsədr ölkələr vasitəçiyik. Bütün problemlərin həllinə iki tərəf nail olmalıdır. Həmsədr ölkələr isə bu prosesə hər cür yardımı göstərir və bundan sonra da göstərəcək”, - deyə A. Lukaşeviç qeyd edib.