:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Polad Bülbüloğlu: "Samur çayı üzərindəki körpü dekabrın 24-də açılacaq"

Font

"Rusiya və Azərbaycan sərhədində Samur çayı üzərindəki körpü dekabrın 24-də açılacaq".

"Vestnik Kavkaza" xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində ümummilli lideri Heydər Əliyevin anım gecəsində çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri mərhələli, məqsədyönlü şəkildə inkişaf edir.

O bildirib ki, körpünün açılışı həm Rusiya, həm də Azərbaycan üçün çoxdan gözlənilən hadisədir: "Körpü iki ölkə arasında ticarətin intensivləşməsinə xidmət edəcək. Orada gömrükdən keçmək üçün daha rahat şərait yaradılacaq, minik maşınları və avtobuslar üçün ayrıca keçid olacaq. Yekun nəticədə körpünün açılışı iki ölkə arasında daha da yaxınlaşmaya səbəb olacaq".

P.Bülbüloğlu vurğulayıb ki, körpünün açılış mərasimində Rusiya tərəfini iqtisadi inkişaf naziri Maksim Oreşkin təmsil edəcək, Azərbaycan tərəfi də yüksək səviyyədə təmsil olunacaq.

Yeni körpü 1957-ci ildə tikilmiş mövcud körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr və eni isə 17,5 metr olacaq. Layihənin dəyəri 36,5 milyon manat (təxminən, 21,5 milyon ABŞ dolları) civarında qiymətləndirilir. Rusiya və Azərbaycan tikintini bərabər şəkildə maliyyələşdirir.