:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əfqanıstanda NATO karvanı yaxınlığında partlayış olub, xəsarət alanlar var

Font

Əfqanıstanda NATO karvanı yaxınlığında törədilmiş partlayış zamanı azı 5 nəfər xəsarət alıb.

Bu barədə "TOLOnews” məlumat yayıb.

Məlumata görə, hadisə Parvan əyalətində, Bahram rayonunda qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilir ki, yaralılar arasında NATO və ya ABŞ hərbçiləri yoxdur. NATO missiyasından bildirilib ki, hücumun hədəfi alyans yox, tibb müəssisəsi olub.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.