:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp: "ABŞ Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərmək niyyətində deyil"

Font

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərmək niyyətində olmadığını bildirib.

RİA "Novosti xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.

"Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərəcəyimizlə bağlı bugünkü məlumat yalandır, ya da dəqiq desək, saxta xəbərdir!", - o bildirib.

Qeyd edək ki, daha əvvəl "Fox News" telekanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadən Pentaqonun İranla mübarizə üçün üçün Yaxın Şərqə 7 minədək hərbçi göndərəcəyini bildirmişdi. Bundan əvvəl isə "The Wall Street Journal" nəşri ABŞ-ın regiona 14 min hərbçi göndərmək ehtimalını nəzərdən keçirdiyini yazmış, Pentaqon bu fikri təkzib etmişdi.