:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub

Font

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Dövlət başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verilib.

Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında da iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə vətəndaşların rahatlığı, eləcə də gənclər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə də tanış olub.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb.

Dövlət başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.