:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şirkətdən 40 min manat oğurlanıb

Font

Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən arxitektur şirkətində qeydə alınıb.

Bakı şəhər sakini Saməddin Heydərov hüquq-mühafizə orqanlarına müraciət edərək çalışdığı şirkətdəki seyfdən 40 min manat pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalara başlanıb.