:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İran Prezident Administrasiyası: Tehran və Bakı arasında strateji əlaqələr mövcuddur

Font

"Tehran və Bakı arasında strateji əlaqələr mövcuddur”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş Nazirinin müavini Şahın Mustafayevlə görüş zamanı deyib.

Görüşdə Azərbaycan və İran arasında əlaqələrin inkişafı və əldə olunan razılıqların icrasının sürətləndirilməsi yolları müzakirə olunub. İki xalqın mənafeyi istiqamətində bütün potensiallardan istifadənin zəruriliyi vurğulanıb.

Görüşdə həmçinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisi və onun əhəmiyyəti haqqında danışılıb.

Ş. Mustafayev deyib ki, Bakı və Tehran arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə münasibətlər inkişaf etməkdədir.