:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Almaniya səfirliyinin avtomobili qəzaya düşüb

Font

Almaniya səfirliyinin avtomobili qəzaya düşüb.

Hadisə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 501-ci məhəllədə qeydə alınıb.

Almaniyanın Azərbaycandakı səfirliyinə məxsus "Citroen-C-Crosser" markalı, 007 D 016 qeydiyyat nömrə nişanlı avtomobil "Toyata Prius” markalı, 99-PD-208 dövlət nömrə nişanlı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən araşdırma aparılır.