:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Lavrov: Biz həmsədr qismində Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik

Font

Biz həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat konfransı zamanı deyib.

O bildirib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə səmərəli görüş keçilirib.

Nazir xatırladıb ki, ötən həftə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri baş tutub:

"Səfərin yekununda vacib razılaşmalar əldə olunub”.

S.Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında uzanmış münaqişələrdən biridir:

"Biz anlayırıq ki, kompromis olmalıdır. Biz həmsədrlər olaraq məsələnin həllinə kömək göstərəcəyik. Ümid edirik ki, nəticələr olacaq”.


Rusiya XİN başçısı: "Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlər bərpa olunmalıdır”

"Jurnalistlərin qarşılıqlı səfərlərini vacib hesab edirik. Bu təşəbbüsün müəlliflərindən biri də Rusiyadır”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

S. Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşündə qeyri-formal sənəd ətrafında müzakirələr aparılıb: "Bu da humanitar əlaqələrin qurulmasını dəstəkləyirdi. Əhali və xalqlar arasında münasibətlərin qurulması vacibdir. İstənilən qərarı bu torpaqlarda yaşayan həm Ermənistan, həm Azərbaycan, həm də Dağlıq Qarabağın bütün əhalisi verməlidir. Jurnalistlər bu istiqaməti nə qədər çox işıqlandırsa, əldə etməyə ümid etdiyimiz hədəflər daha dayanaqlı olacaq. İcmalararası görüşlər əvvəllər də keçirilib və bərpa olunmalıdır. Bu perspektivli mövzudur. Dağlıq Qarabağın icmaları gələcək yaşayış barədə müzakirələr aparmalıdır”.


Lavrov: "Rusiya və Azərbaycan arasında hərbi texniki əməkdaşlıq strateji tərəfdaşlığın əsas sahələrindən biridir”

"Rusiya və Azərbaycan arasında hərbi texniki əməkdaşlıq strateji tərəfdaşlığın əsas sahələrindən biridir. Biz bu əməkdaşlığı regionda balansa uyğun şəkildə, sabitliyin qorunması çərçivəsində həyata keçiririk”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı nazir qeyd edib ki, hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalar var: "Hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalarımız var və gələcəkdə bu ideyaları həyata keçirəcəyik”.