:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan millisinin sabiq baş məşqçisi 5 il müddətinə həbs olunub

Font

Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin məhkəməsi başa çatıb.

Pedofillikdə günahlandırılan 59 yaşlı avstriyalı mütəxəssis 5 il müddətinə azadlıqdan məhrum edilib.

Zayzenbaher ölkəsində keçirilən məhkəmədə şahidlərin çıxışlarından sonra günahkar olduğu sübuta yetirilib. Lakin mütəxəssis bu qərardan apelliyasiya verə bilər.

Qeyd edək ki, 2012-2013-cü illərdə Azərbaycanda işləmiş məşqçinin 1999-2004-cü illərdə rəhbərliyi altında hazırlıq keçən idmançılarını zorladığı bildirilir. Zayzenbaherin 1999-cu ildəki ilk "qurbanı”nın 11 yaşı olub və o həmin idmançıya 2002-ci ilədək təcavüz edib. Bundan başqa, çalışdırıcı 2004-cü 13 yaşlı başqa yetirməsinə də xoşagəlməz hərəkətlər edib. Mütəxəssisin 2001-ci ildə Xorvatiyada baş tutan təlim-məşq toplanışı vaxtı 16 yaşlı yeniyetmə cüdoçunu zorlaması da şikayətdə yer alıb.