:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazirlər Kabinetində struktur dəyişikliyi olub, yeni şöbələr yaradılıb

Font

Baş Nazirin birinci müavini və Baş Nazirin müavinlərinin xidmətləri yaradılıb.

Bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.
Eyni zamanda Nazirlər Kabineti Aparatı rəhbərinin xidməti də yaradılıb.


Baş Nazirin köməkçisi və Nazirlər Kabineti Aparatının rəhbərinin müavini postu ləğv edilib

Nazirlər Kabineti Aparatının rəhbərinin müavini postu ləğv edilib.
Bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.
Eyni zamanda Baş Nazirin köməkçisi postları da ləğv edilib.


Nazirlər Kabinetində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv edilib

Nazirlər Kabinetinin Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi ləğv edilərək onun əsasında Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi yaradılıb.
Bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.
Eyni zamanda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv edilib.



Nazirlər Kabinetində yeni şöbələr yaradılıb

Nazirlər Kabinetində yeni şöbələr yaradılıb.
Bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.
Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin əsasında İqtisadiyyat şöbəsi, Beynəlxalq əlaqələr şöbəsinin əsasında Beynəlxalq əməkdaşlıq şöbəsi, Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin əsasında Regionların inkişafı şöbəsi və Aqrar və ekologiya şöbəsi, həmçinin yeni Xarici iqtisadi əlaqələr şöbəsi yaradılıb.


Nazirlər Kabinetində yeni idarə yaradılıb

Nazirlər Kabineti Aparatında yeni idarə yaradılıb.
Bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.
Nazirlər Kabineti Aparatının İşlər müdiri vəzifəsi ləğv edilərək, İşlər İdarəsi yaradılıb.(apa)