:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyə və Rusiya prezidentlərinin görüşünün vaxtı dəqiqləşib

Font

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

RİA Novosti verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, görüşün gələn il yanvar ayının 8-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl D. Peskov V. Putinin 2020-ci il yanvar ayının ilk ongünlüyündə Türkiyəyə səfərinin gözlənildiyini bildirib.