:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Həbsdə olan qardaşına narkotik aparan şəxs tutulub

Font

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əliyev Röyal Mansur oğluna qardaşı, Kürdəmir rayon sakini Əliyev Əhliman Mansur oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatın yığıldığı parça çantanın hər iki dəstəyinin içərisində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə narkotik maddə - ümumi çəkisi 6.883 qram heroin və 1.004 qram metanfitamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.