:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əli Əhmədov: “YAP üzvləri bu qənaətə gəliblər ki, islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır”

Font

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

Bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

YAP icra katibi qeyd edib ki, ölkədə gedən islahatların tam sistemli xarakter alması, qarşıya qoyulan vəzifələrə nail olunması islahatların bütün hakimiyyət qollarını əhatə etməsini tələb edir: "YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qanunvericilik sferasından kənarda qalmamalıdır. Bu gün YAP Siyasi Şurasında bu, məqsədəuyğun sayılıb. Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdil mövqe nümayiş etdiriblər. Azərbaycan parlamentinin də yeniləşməsi Prezidentin islahatların konsepsiyasının uğurla həyata keçirilməsi üçün vacibdir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Son referenduma əsasən, Prezidentin müəyyən şərtlər daxilində parlamenti buraxmaq səlahiyyəti var. Bu da islahatlar konsepsiyasının daha sistemli və geniş şəkildə həyata keçirilməsinə zəmin yarada bilər”.

Ə. Əhmədov nəzərə çatdırıb ki, YAP-ı təmsil edən millət vəkilləri Siyasi Şuranın tövsiyəsini məmnuniyyətlə qərar qəbul ediblər: "Deputatlar bununla bağlı parlamentə müraciət ünvanlamağa qərar verdilər və həmin müraciət Milli Məclisə daxil olacaq. Hesab edirəm ki, parlamentin rəhbərliyi bu müraciəti yaxın zamanlarda parlamentdə müzakirəyə çıxaracaqlar”.

"Cəmiyyətdə həyata keçirilən islahatlar həyatımızın bir sıra sahələrini əhatə edir”.

Bunu da bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib: "Bu islahatlar gələcəkdə də davam etdiriləcək. Ölkəmizdə həyata keçirilən kadr islahatları insanların razılığı ilə qarşılanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır. Ölkəmizdə məhkəmə və icra hakimiyyəti sahəsində islahatlar həyata keçirilir. YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır”.

"Parlamentin buraxılması prosesinə ölkələrin əksəriyyətində tez-tez rast gəlinir”.

 Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil: "Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir. İnanıram ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayacaq. Biz bununla da ölkəmizin inkişafı üçün yeni imkanlar əldə edəcəyik və parlament tarixində yeni ənənənin başlanğıcını qoyacağıq”.