:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Morales İnterpol xətti ilə axtarışa verilib

Font

Boliviyanın sabiq prezidenti Evo Morales barəsində beynəlxalq axtarış elan olunub.

CNN TÜRK verdiyi xəbərə görə, bu barədə sabiq prezident Meksikada keçirdiyi mətbuat konfransında bildirib.

E. Morales qeyd edib ki, Boliviya hüquq-mühafizə orqanları onu İnterpol xətti ilə axtarışa verib.

Sabiq prezident barəsində səsləndirilən ittihamları qəbul etmədiyini vurğulayıb.

Xatırladaq ki, ölkədə baş verən etiraz aksiyalarına görə noyabrın 10-da Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Bundan sonra sabiq prezident ölkəni tərk edərək Meksikaya gedib.