:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına vəzifə verdi

Font

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

"Unikal.org”a istinadən xəbər verir ki, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

Elton Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:

"Bəli, yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam."

Xatırladaq ki, keçmiş deputat Elton Məmmədov eks-Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.