:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Baş toksikoloq: "Bu il 152 nəfər dəm qazından zəhərlənib"

Font

"İlin əvvəlindən bu günə kimi dəm qazından zəhərlənmə ilə bağlı 152 nəfər qəbul olunub”.

Bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. Onun sözlərinə görə, qazdan zəhərlənənlərin 80%-ni kişi, 20%-ni qadınlar təşkil edir: "Onlar arasında 16 nəfər azyaşlı olub. Zəhərlənənlər arasında ölüm halı qeydə alınmayıb”.

A.Maqsudov həmçinin qeyd edib ki, noyabrda 18 nəfər dərmandan zəhərlənib və ölüm hadisəsi olmayıb.