:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İran Naxçıvana vizanı ləğv etdi

Font

İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına girişi üçün birdəfəlik vizanın (15 gün müddətinə) ləğv edilməsi haqqında qərar verilib.

"Mehr” agentliyi xəbər verir ki, bunu İranın Naxçıvan MR-dəki Baş Konsulluğu açıqlayıb.

Məlumata görə, bu qərarın icrasına dekabr ayının 1-dən başlanılacaq. Həmin gündən İran vətəndaşları vizasız Naxçıvan MR-ə (15 gün müddətinə) səfər edə bilcəklər.

Azərbaycanın digər bölgələrinə səfər etmək istəyən İran vətəndaşları isə əvvəlki qaydada 20 dollar ödəməklə viza almalıdır. İran vətəndaşları Azərbaycanın digər bölgələrinə səfər etmək üçün Naxçıvan hava limanından da viza ala bilər.

Qeyd edək ki, cari ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı. Culfa, Şahtaxtı, Sədərək sərhəd keçid məntəqələrində, Naxçıvan dəmiryolu stansiyası və Naxçıvan Beynəlxalq hava limanında İran vətəndaşları üçün 15 gün müddətli birdəfəlik viza rüsumunun məbləği 5 avroya (9.34 manat) endirilmişdi.