:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

25 yaşlı qız dəm qazından boğulub

Font

Bakıda 25 yaşlı qız dəm qazından boğulub.

Hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsində fərdi yaşayış evində qeydə alınıb.

Şəhər sakini, 1994-cü il təvəllüdlü Talıbova Fatimə Natiq qızı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Bakıda daha bir nəfər dəm qazından boğulub.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayonun Ramana qəsəbə sakini, 1973-cü il təvəllüdlü Məmmədov Neman Yusif oğlu yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokukorluğunda araşdırma aparılır.