:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ Türkiyədə "S-400" RLS-in sınağı zamanı "F-16"-dan istifadə edilməsindən narahatdır

Font

Türkiyə hökuməti tərəfindən Rusiyadan əldə edilən "S-400” zenit-raket sistemlərinin radiolokasiya stansiyalarının sınaqdan keçirilməsi zamanı Amerikanın "F-16” qırıcı bombardmançılarından istifadə edilməsi Vaşinqtonda ciddi narahatlıqlara səbəb olub.

APA "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bununla bağlı jurnalistlərin ünvanladığı sualı cavablandırarkən bildirib.

"Türkiyə və "S-400” haqqında ilk sualınıza gəlincə... Bəli, bu narahatlıq doğurur”, - Pompeo belə deyib.

Eyni zamanda, dövlət katibi ABŞ və Türkiyənin Ankaranın Moskvadan "S-400” zenit-raket sistemləri almasından sonra yaranmış vəziyyətdən çıxış yolu əldə edilməsi üçün dialoqların davam etdiyini də bildirib. O, Türkiyənin yeni addımının Vaşinqtonun Ankaraya qarşı sanksiyalar tətbiq etməsi baxımından hər hansı bir xüsusi əhəmiyyət kəsb edib-etməməsi sualına cavab verməkdən imtina edib.