:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Putin Türkiyəyə gedir

Font

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə növbəti səfəri 2020-ci ilin yanvar ayının ilk 10 günündə baş tuta bilər.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

O, səfərin "Türk Axını” təbii qaz boru kəmərinin açılışında iştirak məqsədilə ediləcəyini söyləyib.

Peskov hazırda səfərin planlaşdırılması üzrə işlərin aparıldığını deyib.

Qeyd edək ki, "Türk Axını” boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.

İlk təbii qazın nəqli bu il dekabrın 31-də gözlənilir.