:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda 6 tələbə qız dəm qazından zəhərlənib

Font

Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayədə qaldıqları Qara Qarayev pr. 76, mənzil 28 ünvanında baş verib.

Bakıda dəm qazından zəhərlənən tələbələr evə buraxılıblar.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ehtimalı ilə gətirilən Xəzər Universitetinin 6 tələbəsinə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.