:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ETSN: Bibiheybətdə uçqun tipli sürüşmə prosesi 300 metrdən artıq sahəni əhatə edir

Font

"Bibiheybətdə uçqun tipli sürüşmə prosesi baş verib və 300 metrdən artıq sahəni əhatə edir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində ərazidə yerləşən istinad divarı 150 metr məsafədə tamamilə çöküb: "İnsanların və nəqliyyat vasitələrinin təhlükəsizliyi üçün əraziyə giriş-çıxış başlanıb. Hazırda müvafiq tədbirlər görülür”.

Ə. Qaralov uçqun tipli qopma prosesinin davam edəcəyinin ehtimal olunduğunu deyib.