:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Masallıda baba ehtiyatsızlıqdan 4 yaşlı nəvəsini öldürüb

Font

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Hadisə noyabrın 24-də rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov fərdi yaşayış yerinin həyətində özünə məxsus olan idarə etdiyi "Mercedes-Benz C 180” markalı avtomobilini arxa istiqamətə hərəkət edən zaman maşının arxa tərəfində olan nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.