:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Baş Nazir: “Britaniya biznesi Azərbaycanda yüksək səviyyədə təmsil olunur”

Font

"Britaniya biznesi Azərbaycanda yüksək səviyyədə təmsil olunur. İki ölkə arasında qarşılıqlı əlaqələr də çox yüksək səviyyədədir”.

Bu sözləri Azərbaycanın Baş Naziri Əli Əsədov APA-nın London bürosuna açıqlamasında deyib.

Baş Nazir bildirib ki, Böyük Britaniyanın ən böyük şirkətlərindən olan BP Azərbaycanda əsas layihələrdə operatordur: "Azərbaycanda çoxlu Britaniya şirkəti var. Onlar investisiyalar yatırır və gəlirlərini götürürlər, heç bir problem yoxdur”.

Ə. Əsədov səfər çərçivəsində BP şirkətində də görüşlər keçiriləcəyini deyib.

Qeyd edək ki, Azərbaycanın Baş Naziri Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Londonda təşkil olunan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin ilk investisiya sammitində iştirak edir.