:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Komitə sədri: “Azərbaycanda erkən nikahların sayı azalıb”

Font

"18 yaşına qədər nikaha girən qızların sayı ilə bağlı ən yüksək göstərici 2011-ci ildə qeydə alınıb, 5 min 138 nəfər olub ”.

Bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Komitənin təşəbbüsü ilə qanunvericilikdə qızların nikah yaşının 18-ə qaldırıldığını xatırladan H. Hüseynova deyib ki, 2012-ci ildən bu göstərici azalıb: "2018-ci ildə bu göstərici 338 olub. 15-17 yaşında ana olan qızların sayı 4 min 3 92 nəfər olubsa , 2018-ci ildə bu göstərici 2 min 129 olub”.